12px13px15px17px
Tarix:08/09/20

“iPhone XR” modelini əvəzləyəcək smartfon açıqlanıb

“Apple” şirkəti 2021-ci ildə yeni ucuz smartfon təqdim edəcək. Bu barədə “Komiya” təxəllüslü şəbəkə insayderinin “Twitter” hesabında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, 2020-ci ilin sonuncu rübündə və 2021-ci ilin ilk rübündə “Apple” rəsmi mağazasında beş smartfon təmsil olunacaq. Onlara “iPhone SE”, “XR”, “11” və yeni “iPhone 12” və “12 Pro” modelləri aiddir. 2021-ci ilin ikinci rübündən etibarən qurğular çeşidi dəyişəcək. İnsayder əmindir ki, “XR” modelinin istehsalı dayandırılacaq və satışdan çıxarılacaq, onun əvəzinə isə “iPhone 12s” əlavə olunacaq.
 
Blogerin fikrincə, populyar modeli əvəzləyəcək smartfon ilin birinci rübündə təqdim ediləcək və geniş istifadəçi kütləsi üçün nəzərdə tutulan kompromis qurğu olacaq. “Apple” tərəfindən adında “s” hərfi olan qurğular “iPhone 6s” və “6s Plus” modellərinin nümayiş olunduğu 2015-ci ildən buraxılmır. Adətən bu smartfonlar əvvəlki nəsil nümayəndələrindən köklü şəkildə fərqlənməsə də, təkmilləşdirilmiş xüsusiyyətlərə malik olur.
 
Bununla yanaşı, müəllif tərəfindən başqa insayderlərin fikrinə görə payızda təqdim ediləcək “iPhone 12” seriyalı digər 2 qurğu sadalanmır. Sentyabrın əvvəlində analitik Mark Qurman təsdiqləyib ki, “Apple” əvvəllər olduğu kimi iki deyil, dörd qabaqcıl seriyalı smartfon nümayiş etdirəcək.
 
Avqustun sonunda məlumat yayılıb ki, ABŞ şirkəti “iPhone 12” qurğuları buraxıldıqdan sonra bir sıra smartfonların istehsalını dayandıracaq. Məsələn, “iPhone 11” və “11 Pro Max” modelləri satışdan çıxarılacaq. Bundan başqa, şirkətin internet mağazasında 2018-ci ildə təqdim edilən “iPhone XR” smartfonunun satışı ləğv olunacaq.  
 
Nizam Nuriyev





Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024