12px13px15px17px
Tarix:09/09/20

“5G” dəstəkli ilk “Nokia” smartfonu Avropada satışa çıxarılıb

“Nokia” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən ilk smartfonu bu ilin martında təqdim etdikdən sonra onu yayda satışa çıxaracağını bəyan edib. Lakin qurğu üçün yalnız indi Avropada ilkin sifarişlərin qəbuluna başlanılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, Belçikada pərakəndə satış nöqtələri tərəfindən “Nokia 8.3 5G” smartfonu (üstündə BH-605 Power Earbuds simsiz qulaqcığı hədiyyə kimi verilir) üçün ilkin sifarişlərin rəsmiləşdirilməsi təklif olunur. 6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik “Nokia 8.3 5G” smartfonunun qiyməti 580 avro, onun 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyasının isə 650 avro təşkil edir.
 
Smartfon “5G” modemli “Snapdragon 765G” birkristallı sistemi, 6 və ya 8 giqabaytlıq operativ və 64 və ya 128 giqabaytlıq yaddaş, eləcə də 64, 12, 2 və 2 meqapikselli təsvir sensorlarına malik dörd kamera ilə təchiz olunub. Ön kamera 24 meqapiksellidir.
 
Qurğunun 2400 х 1080 pikselli ekranının ölçüsü 6,81 düym diaqonal, akkumulyator tutumu 4500 milliamper/saat təşkil edir. Həmçinin 18 vatt gücündə sürətli enerjidoldurma dəstəklənir.
 
Nizam Nuriyev







Baxış sayı: 874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024