12px13px15px17px
Tarix:12/12/11

Azərbaycanın səhiyyə müəssisələrinin məlumat bazaları Səhiyyə Nazirliyinin mərkəzi məlumat bazası ilə birləşdirilib

Azərbaycanın 600-ə yaxın dövlət səhiyyə müəssisəsi və klinikasının məlumat bazalarının ölkənin Səhiyyə Nazirliyinin mərkəzi məlumat bazası ilə birləşdirilməsi üzrə başa çatdırılıb. Bu barədə BestComp Group şirkətinin cümə günü yaydığı məlumatda deyilir.

İşlər vətəndaşların "Elektron sağlamlıq kartları" ilə təmin olunması layihəsi çərçivəsində həyata keçirilib.
Azərbaycanın İT şirkəti olan BestComp Group layihənin sistemli inteqratoru funksiyasının yerinə yetirir.

Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə, eləcə də pasiyentlərə paylanılır.

Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumat yer alır. Məlumat tibb müəsisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.

Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub.

Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır. Layihə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.




Baxış sayı: 927

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024