12px13px15px17px
Tarix:11/09/20

“Samsung” və “LG” şirkətləri “Huawei” smartfonları üçün ekranların tədarükünü dayandıracaq

 
Cənubi Koreyanın “Samsung Display” və “LG Display” istehsalçıları “Huawei Technologies” şirkətinin smartfonları üçün ekranların tədarükünü dayandırmağı planlaşdırırlar. Buna səbəb kimi ABŞ tərəfindən Çin şirkətinə qarşı tətbiq edilən ticarət sanksiyaları göstərilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, həm “Samsung” smartfonları, həm də “Apple” şirkətinin qurğuları üçün əsas “OLED” displey tədarükçüsü qismində çıxış edən “Samsung Display” məsələyə münasibət bildirməkdən imtina edib. Öz növbəsində “LG Display” bəyanatla çıxış edərək ABŞ hökumətinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin onun biznesinə cüzi təsir edəcəyini açıqlayıb. Əvvəllər də “Huawei” üçün məhdud sayda panel tədarük edən şirkət müştəri bazasının genişləndirilməsini davam etdirməyə hazırlaşır.
 
Məlumata görə, “Samsung Display” və “LG Display” sentyabrın 15-dən etibarən “Huawei” üçün ekranların tədarükünü dayandıracaq. Təchizat qadağasına Çin brendinə məxsus smartfon displeylərinin yığılması üçün istifadə olunan əlavə komplekt hissələri də şamil edilir.
 
Nizam Nuriyev




Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024