12px13px15px17px
Tarix:11/09/20

Yüksək mühafizəli “Huawei” “ağıllı” çamadanı buraxılıb

Çinin “Huawei” şirkəti “Smart Business Suitcase” adlı “ağıllı” çamadan təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “Huawei Smart Business Suitcase” 20, 25 və 28 düym olmaqla üç ölçüdə buraxılır. O, alüminium ərintidən ibarət sərt konstruksiya və möhkəm qulpa malikdir. Daxili bölmələr ekoloji təmiz parçalardan hazırlanıb. Çamadan dəstinə quru və rütubətli əşyalar üçün kisələr daxildir ki, bu da xüsusilə dəniz səfərlərində faydalı olacaq.
 
Məlumata görə, çamadanda ənənəvi kodlu qıfıllar əvəzinə, smartfon vasitəsilə blokdan çıxarma üsulundan istifadə olunub. Belə ki, qurğunu xüsusi zonaya yaxınlaşdırmaqla kilidi açmaq mümkündür. Bundan başqa, çamadanda smartfon və digər qurğuları daxildə yerləşən akkumulyator vasitəsilə enerji ilə doldurmağa imkan verən kənar “USB” portu nəzərdə tutulub.
 
Ölçüdən asılı olaraq çamadanın qiyməti 292, 337 və ya 380 dollar arasında dəyişir.
 
Nizam Nuriyev




Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024