12px13px15px17px
Tarix:12/09/20

Vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb (VİDEO)

ABŞ-ın “Anduril” şirkəti avtonom rejimdə havadan kəşfiyyatın aparılması üçün nəzərdə tutulan “Ghost 4” pilotsuz uçuş aparatını hazırlayıb. Belə dronlar həm tək-tək, həm də qrup şəklində istifadə oluna bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, füzelyajı xarici görünüşünə görə tüfəngə bənzəyən yeni “Anduril” pilotsuz uçan aparatı vertolyot sxemi üzrə hazırlanıb. “Ghost 4” dronunun uzunluğu 2,7 metr, eni və hündürlüyü 4 metr təşkil edir. Bükülən konstruksiya aparatı xüsusi çamadanda daşımağa imkan verir.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, 100 dəqiqə ərzində havada qalan “Ghost 4” dronunun əsas versiyası çıxarılabilən stabilləşdirilmiş elektron optik sistemlə təchiz olunsa da, ona əlavə avadanlıq, o cümlədən lazer hədəf göstəricisi və rabitə sistemləri də quraşdırmaq mümkündür.
 
Uçuş zamanı səsi az olan pilotsuz uçan aparatı buraxmaq üçün təxminən 2 dəqiqə tələb olunur.
 
Xatırladaq ki, ötən il “Anduril” şirkəti digər dronların məhv edilməsi üçün nəzərdə tutulan “Interceptor” pilotsuz uçuş aparatını nümayiş etdirib.
 
“Interceptor” müəyyən bina və ya obyekt, məsələn, hərbi baza və ya həbsxana ətrafında hava məkanına nəzarət edən kiçik kvadrokopterdir. Xüsusi kompüter görmə sistemi vasitəsilə dron digər pilotsuz uçan aparatların havada görünməsini izləyir. Qayda-qanunu pozan aparat aşkarlanan zaman “Interceptor” operatordan hücum üçün icazə aldıqdan sonra tarana gedir.
 
Nizam Nuriyev



Ghost 4 Launch from Anduril Industries on Vimeo.





Baxış sayı: 1325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024