12px13px15px17px
Tarix:12/09/20

“Snapdragon 690” prosessoru ilə təchiz edilən ilk smartfon hansıdır?

"Sharp" korporasiyası beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən orta səviyyəli "Aquos Sense 5G" smartfonunu nümayiş etdirib. Bu, "Qualcomm Snapdragon 690" prosessoruna malik dünyada ilk kommersiya qurğusudur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, çipə 2,0 takt tezlikli səkkiz "Kryo 560" hesablama nüvəsi, "Adreno 619L" qrafik sürətləndiricisi və "Snapdragon X51 5G" mobil modemi daxildir. Prosessor smartfonun tərkibində 4 giqabaytlıq operativ yaddaşla birlikdə işləyir.
 
Məlumata görə, "Sharp Aquos Sense 5G" 2280 × 1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı "IGZO" ekranı ilə təchiz edilib. Displeyin yuxarı hissəsində f/2,2 maksimal diafraqmalı 8 meqapikselli ön kamera üçün kiçik kəsik nəzərdə tutulub.
   
Əsas kamera üçkomponentli konfiqurasiyaya malikdir. Bu, f/2,0 maksimal diafraqmalı 12 meqapikselli blok, enlibucaqlı (121 dərəcə) optikaya malik 12 meqapikselli modul və 8 meqapikselli teleobyektivdir.
 
Qurğu 64 giqabaytlıq quraşdırılmış yaddaş, "Wi-Fi 802.11ac" və "Bluetooth 5.1" simsiz rabitə adapterləri, "NFC" kontrolleri, "USB Type-C" portu, daktiloskopik skaner və 4570 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qabaritlər 148 × 71 × 8,9 millimetr, çəki 180 qram təşkil edir.
 
"Sharp Aquos Sense 5G" modeli prosessorla yanaşı, "Android 11" əməliyyat sistemli ilk smartfonlardan biri olması ilə seçilir. Smartfonun korpusu "IP65/68" standartı üzrə suyadavamlıdır. 

Nizam Nuriyev




Baxış sayı: 1234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024