12px13px15px17px
Tarix:15/09/20

Oyun kompüteri üçün ən yaxşı prosessorlar açıqlanıb

“PC Gamer” nəşrinin jurnalistləri tərəfindən “Intel Core i7 10700K” oyun fərdi kompüteri üçün ən optimal prosessor seçilib. Oyun kompüteri üçün bu və digər komponentlər barədə nəşrin saytında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, səkkiz nüvəyə və 3800 meqahers baza tezliyinə malik onuncu nəsil “Intel” çipi hazırda ən yaxşı oyun prosessorudur. Məhsulun təsvirində qeyd olunur ki, qurğu hətta əlavə yeniləmə olmadan əla məhsuldarlığı ilə seçilir və sürət vermə üçün böyük perspektivə malikdir. “Intel Core i9 10900K” prosessoru mütəxəssislər tərəfindən “Comet Lake” seriyalı qabaqcıl model və bazarda ən sürətli oyun çipi kimi qeyd olunub. Onnüvəli qabaqcıl prosessorun tezliyi 5300 meqahers təşkil edir.

 

Reytinqdə üçüncü pillədə jurnalisitlər tərəfindən ən güclü “AMD” çipi adlandırılan “AMD Ryzen 9 3900X” qərarlaşıb. Keyfiyyətli soyutma sisteminə malik model oyun olmayan vəzifələrin yerinə yetirilməsi üçün tam uyğunluq təşkil edir. Daha ucuz variant mütəxəssislərin qiymət və keyfiyyət nisbətində optimal məhsul kimi xarakterizə olunan “AND Ryzen 7 3700X” prosessorudur.

 

Siyahıda ilk beşliyə, ekspertlərin sözlərinə görə, sürət vermə funksiyalarını dəstəkləməyən, lakin öz qiymətinə görə yüksək məhsuldarlığı ilə seçilən ucuz “Intel Core i5 9400F” daxil olub. Təsvirdə, həmçinin vurğulanır ki, model dəstinə soyutma sistemi daxildir.

 

Reytinqin annotasiyasında qeyd olunur ki, keyfiyyətli prosessorun alınması kompüterin yığılması zamanı prioritet investisiyadır. Mütəxəssislər tərəfindən çoxlu nüvə sayına malik çipləri seçmək və fərdi kompüterin ana platasının yeni prosessorla uyğunluğunu yoxlamaq tövsiyə olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024