12px13px15px17px
Tarix:15/09/20

Cənubi Koreyada əsgərləri əvəzləyəcək dronlar yaradılacaq

Cənubi Koreyada döyüş meydanında əsgərləri əvəzləyə biləcək pilotsuz uçan aparatlar yaradılacaq. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin Müdafiə Satınalma Proqramları Agentliyinin (Defense Acquisition Programme Administration – DAPA) məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ölkə 10 il ərzində hərbi pilotsuz uçuş aparatlarının hazırlanmasına 2,3 milyard dollar investisiya yatırmaq niyyətindədir.

 

Məlumata görə, kəşfiyyatdan tutmuş, döyüşə qədər müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün bir neçə dron növünün yaradılması planlaşdırılır.

 

Bundan başqa, pilotsuz uçan aparatlara hücum tüfəngləri və qumbaraatanların quraşdırılmasının sınaqları keçirilir. Müvafiq texnologiyaların 2022-ci ilədək formalaşdırılması planlaşdırılır. Bundan əlavə, növbəti dörd il ərzində bilavasitə silah platformasının yaradılması üzrə işlərin aparılması nəzərdə tutulur.

 

Nizam Nuriyev





Baxış sayı: 510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024