12px13px15px17px
Tarix:16/09/20

Yeni nəsil “iPad Air” planşeti “A14 Bionic” prosessoru ilə təchiz edilib

ABŞ-ın “Apple” şirkəti yeni “A14 Bionic” prosessoru ilə təchiz edilən “iPad Air” planşet kompüterinin son modelini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, yeni qurğunun 2019-cu ilin martında nümayiş olunan əvvəlki modeldən əsas fərqlərindən biri “iPad Pro” planşetinin böyük versiyasını xatırladan çıxıq kənarlara malik dizayndadır. 10,9 düym diaqonallı ekran və 2360 x 1640 piksel təsvir ölçülü yeni “iPad Air” beş rəngdə (gümüşü, “boz kosmos”, eləcə də yeni çəhrayı-qızılı, yaşıl və açıq mavi) istehsal olunacaq.

 

Məlumata görə, “iPad Air” saniyədə 11 trilyon əməliyyat emal edən şirkət tarixində ən güclü “A14 Bionic” prosessoru, eləcə də 7 meqapikselli ön və 12 meqapikselli əsas olmaqla iki kamera ilə təchiz olunub. Qurğunun blokdan çıxarılması və alış-verişlərin edilməsi üçün tələb olunan barmaq izi skaneri qurğunun yuxarı panelində yerləşən yanıb-sönmə düyməsinə quraşdırılıb. “USB-C” tipli çıxış ilə təchiz edilən yeni planşet ikinci nəsil “Apple Pencil” stilusu (elektron qələm) və çıxarılabilən klaviatura ilə işi dəstəkləyir.

 

Oktyabrda satışa çıxarılacaq yeni “iPad Air” planşetinin qiyməti 599 dollardan başlayır.

 

Nizam Nuriyev





Baxış sayı: 134

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2020

22/09/20
“Facebook” pirat şəkilləri bloklayacaq

“Facebook” sosial şəbəkəsi və ona məxsus “Instagram” servisi müəlliflərinin icazəsi olmadan istifadəçilər tərəfind

21 09 2020

21/09/20
Ucuz “LG K42” smartfonu təqdim edilib

“LG” şirkəti “LG K42” adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizay

21/09/20
“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar

21/09/20
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nü

21/09/20
“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyas

21/09/20
Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilm

21/09/20
Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib

BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.

21/09/20
Kompüter virusu insan ölümünə səbəb olub

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı

21/09/20
Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dolla

21/09/20
“Microsoft” korporasiyası “Windows 10” sisteminə "Zoom”un rəqibini quraşdıracaq

Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir