12px13px15px17px
Tarix:12/12/11

“YouTube” şirkəti “RightsFlow” firmasını satın alacaq

“YouTube” videohostinqi “RightsFlow” firmasını satın alma haqqında saziş bağlayıb.
“RightsFlow” firması 2007-ci ildə yaradılıb. Firma musiqi əsərlərinin lisenziyalaşdırmasını idarə etməyi və müəlliflərə ayırmaları ödəməyi  sadələşdirən alət və xidmətlərin hazırlamasında ixtisaslaşıb.

“RightsFlow”-un məlumat bazasında 30 milyondan çox mahnı haqqında informasiya vardır.
“RightsFlow” texnologiyalarının “YouTube” platformasına birləşdiriləcəyi gözlənilir, bu isə videohostinqə müəllif hüquqlarının sahibləri ilə  münasibətləri yaxşılaşdırmağa və müəllif hüququnun pozulması haqqında mümkün məhkəmə iddialarından uzaq olmasına kömək edəcək. Sazişin qiyməti bildirilmir.

“YouTube” ən məşhur onlayn videoxidməti olaraq qalır: “YouTube” istifadəçiləri hər dəqiqə ərzində 48 saatlıq video yükləyirlər.
Tam Xəbər



Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024