12px13px15px17px
Tarix:21/09/20

“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar şəbəkəsinin yaradılmasını nəzərdə tutan yeni proqram istifadəyə verib. Proqram vasitəsilə şirkət ölkənin ucqar guşələrinin sakinlərinə öz məhsullarını təklif etmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, şirkətin baş əməliyyat direktoru Muralikrişnan Binin sözlərinə görə, “Mi Store on Wheels” layihəsinin məqsədi “Mi Store” mağazalarının məhsullarını məhdud istifadəli sahələrdə nümayiş etdirməkdir. O, həmçinin bildirib ki, şirkət bütün lazımi gigiyena və təhlükəsizlik qaydalarına riayət edərək sosial məsafəni saxlayır. Bu nöqtələr istehsalçıların alış-verişi üçün tam təhlükəsiz olacaq.

 

“Mi Store on Wheels” mağazalarında bu yaxınlarda buraxılan “Redmi” smartfonları, o cümlədən “Redmi 9”, “Redmi 9 Prime”, “Redmi Note 9”, “Redmi Note 9 Pro”, “Redmi Note 9 Pro Max” və “Redmi 9A” satılacaq. Smartfonlarla yanaşı, bu mobil mağazalar digər “Xiaomi” məhsullarını, o cümlədən “ağıllı” televizor, oyun qurğuları, müşahidə kameraları, qulaqcıq, günəş eynəyi, portativ akkumulyator və s. aksesuarlar təklif edəcək.

 

Şirkətin bu addımı mövcud pərakəndə satış şəbəkəsində innovasiyaların tətbiqinə yönəlib. “Mi Store on Wheels” həm də davam edən koronavirus pandemiyası dövründə pərakəndə və onlayn mağazalar üçün məhdud sahələrdə satış həcminin artırılması üsuludur. Məhsulların yayılması üzrə yeni kanal onlayn və oflayn ticarət arasında sərhədlərin aradan qaldırılmasına yönələn təşəbbüsün tərkib hissəsidir.

 

Nizam Nuriyev





Baxış sayı: 540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024