12px13px15px17px
Tarix:25/09/20

Abunəsiz “Microsoft Office” paketi gələn il əlçatan olacaq

"Windows" və "macOS" üçün abunəsiz "Office" ofis proqramları paketi 2021-ci ildə əlçatan olacaq. "Microsoft"dan verilmiş məlumata əsasən, yeni paket üçün müddətsiz lisenziyanı gələn ilin ikinci yarısında birdəfəlik ödəniş vasitəsilə satın almaq mümkün olacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, indi yalnız "Microsoft 365"ə (əvvəlki "Office 365") abunə olmaqla "Office"in ən yeni versiyalarına giriş əldə etmək mümkündür. Abunəyə son funksiyalara malik "Word", "Excel", "PowerPoint", "Outlook" və başqa proqramlara tam giriş, "OneDrive" bulud sistemində 1 TB, "Skype"da mobil və şəhər telefonlarına 60 dəqiqəlik zəng, həmçinin virus və fişinq xarakterli hücumlardan qorunmaq üçün alətlər daxildir.
 
"Microsoft" hesabını qoşmaqla "Office" paketinin bəzi proqramlarını pulsuz istifadə etmək olar. Ancaq abunədən fərqli olaraq, onları kompüterə quraşdırmaq olmaz.
 
Emil Hüseynov



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024