12px13px15px17px
Tarix:25/09/20

“Instagram” istifadəçilərini izləyən təhlükəli boşluq aşkarlanıb

"Check Point" şirkətinin mütəxəssisləri "Instagram"da sosial şəbəkə istifadəçilərini izləməyə imkan verən təhlükəli boşluq aşkarlayıblar. Bunun üçün qurbana xüsusi fotoşəkilin göndərilməsi kifayət edib. Bu barədə kibertəhlükəsizlik sahəsində ixtisaslaşan şirkətin bloqunda deyilir. 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, boşluq fotoşəkilin "Mozjpeg" kodlayıcısı vasitəsilə qurğudan proqrama yüklənilməsi prosesində aşkarlanıb. Sərbəst yayılan proqramda boşluq üzə çıxıb.  
 
Bildirilir ki, hücumun həyata keçirilməsi üçün hakerlər qurban tərəfindən smartfonda saxlanılacaq xüsusi foto göndərirlər. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, səhv cinayətkarlara "Instagram" hesabı və s. üzərində nəzarəti ələ keçirməyə imkan verib. Proqram daxilində hakerlər məlumat və fotoşəkillərə çıxış, statusu yazmaq və pozmaq imkanı əldə ediblər. Bundan başqa, hakerlər "smartfonu casusluq qurğusuna çevirmək" imkanına malik olublar. Çünki boşluq smartfonun kontaktlar siyahısına, kamera və gelokasiyasına çıxışa şərait yaradıb.
 
"Check Point" nümayəndələri qeyd edib ki, sosial şəbəkənin sahibi "Facebook" şirkəti problem barədə məlumatlandırıldıqdan sonra səhvi aradan qaldıran yeniləmə buraxılıb. Lakin boşluq proqramın sonuncu versiyasını quraşdırmayan istifadəçilərdə hələ də mövcuddur.
 
Nizam Nuriyev




Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024