12px13px15px17px
Tarix:26/09/20

“Windows 10” sisteminin beta versiyasında “Zoom” proqramının analoqu test edilir

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin yeni versiyasının testlərinə başlayıb. Beta versiyada əsas dəyişiklik videokonfransların keçirilməsi üçün "Meet Now" adlı funksiyanın mövcudluğudur. Test iştirakçıları tərəfindən funksiya "Zoom" proqramının analoqu adlandırılır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, dünyada yayılan pandemiya səbəbindən insanların evdə daha çox qalması ilə əlaqədar əksər müəssisələr və təhsil ocaqları distant iş formatına keçib. Bu məqsədlə videokonfransların yaradılması üçün məşhur "Zoom" proqramından istifadə olunub. Lakin proqramın qorunma səviyyəsi yüksək olmadığından haker və fırıldaqçılar ondan uğurla istifadə etməyə başlayıblar.

 

Bildirilir ki, "Skype" proqramının sahibi olan "Microsoft" korporasiyası daha rahat rabitə formatı təklif edir. Belə ki, "Meet Now" əvvəlcədən əməliyyat sisteminə quraşdırıldığına görə konfransa başlamaq üçün iştirakçılardan əlavə proqramların yüklənilməsi tələb olunmur. Bundan başqa, əlavə qeydiyyata ehtiyac qalmır – yeganə tələb olunan şərt isə brauzerdə proqramı açaraq linki iştirakçılara göndərməkdir.

 

Sınaq iştirakçılarının sözlərinə görə, proqram hazırda mükəmməl işləmir və ondan rahat istifadə etmək olmur. Funksionallıq isə "Zoom" proqramını tam təkrarlayır. Bundan əlavə, "Meet Now" fərdi kompüterlər üçün proqram kimi təqdim olunur və onu mobil telefonlara quraşdırmaq üçün imkanın yaradılacağı hələ ki məlum deyil.

 

Əməliyyat sisteminin yeni versiyasının buraxılış tarixi məxfi saxlanılır.

 

Nizam Nuriyev





Baxış sayı: 1034

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024