12px13px15px17px
Tarix:28/09/20

Təhlükəsiz “Samsung Galaxy Tab Active 3” təqdim edilib

“Samsung” şirkəti tərəfindən təqdim edilmiş “Galaxy Tab Active 3” adlı yeni planşet kompüteri zərbəyə davamlı korpusa malikdir. Qurğu məhsuldar iş üçün daxili stilusla təchiz edilib, aparat platforması kimi ötən illərin qabaqcıl çipsetindən istifadə olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy Tab Active 3” aparatı 1920x1080 piksel təsvir ölçülü 8 düymlük LCD displeyə malikdir. Ekranı əlcəklə idarə etmək mümkündür.

 

Yeni planşet “Galaxy S9”a quraşdırılmış 8 nüvəli “Exynos 9810” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 4 QB, daxili yaddaşın tutumu isə 128 QB təşkil edir. “MicroSD” yaddaş kartı dəstəklənir. “USB Type-C” konnektoru və ya “POGO” kənar konnektoru vasitəsilə enerji toplayan çıxarılıb-taxılan 5050 milliamper/saat tutumlu akkumulyator avtonom işi təmin edir. Qurğu enerji mənbəyinə qoşulduqda batareyasız işləməyi dəstəkləyir.

 

NFC vasitəsilə kontaktsız ödənişlər imkanı nəzərdə tutulub, “Wi-Fi 6” internetə sürətli qoşulmanı təmin edir. Planşet “Android 10” sisteminin idarəetməsi altında işləyir.

 

Planşetin korpusu “IP68” və “MIL-STD-810H” standartları üzrə hazırlanıb ki, bu da sudan, zərbələrdən, 1,5 metrədək hündürlükdən yerə düşmədən və digər kənar amillərin təsirindən qoruyur.

 

“Samsung Galaxy Tab Active 3” planşeti Avropa və bir sıra başqa regionlarda əlçatan olacaq. Qiyməti barədə məlumat yoxdur.

 

Emil Hüseynov





Baxış sayı: 198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024