12px13px15px17px
Tarix:29/09/20

“HarmonyOS 2.0” sistemi ilə təchiz ediləcək ilk qurğular məlum olub

“Huawei” televizorları ilkin olaraq şirkətin öz əməliyyat sistemi ilə təchiz ediləcək. Bu barədə jurnalistlərə “Huawei” şirkətinin “Əşyalar interneti” bölməsinin rəhbəri Çji Hao bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Huawei Smart Screen” seriyalı televizorlar “HarmonyOS 2.0” əməliyyat sisteminin quraşdırılacağı ilk qurğular olacaq. Bundan başqa, ilin sonunadək şirkət tərəfindən yeni nəsil “ağıllı” televizorların buraxılışı planlaşdırılır.

 

Bir müddət əvvəl verilən məlumata görə, “Huawei” yaxın gələcəkdə 200 milyon “ağıllı” qurğunu öz əməliyyat sisteminə keçirəcək. Bununla yanaşı, qurğuların yarısı bilavasitə Çin şirkəti, qalan 100 milyon isə kənar istehsalçılar tərəfindən buraxılacaq.

 

“Huawei” şirkətinə məxsus “HarmonyOS 2.0” əməliyyat sistemi sentyabrın əvvəlində təqdim edilib. Yaxın aylarda şirkət proqram təminatını test etməyi nəzərdə tutur. 2021-ci ildə əməliyyat sistemi smartfonlara tam şəkildə quraşdırılacaq. Məhsul tərtibatçılarının sözlərinə görə, “HarmonyOS 2.0” mobil əlavələri bütün dəstəklənən qurğular üçün universal olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 148

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024