12px13px15px17px
Tarix:29/09/20

Yeni “Ring” ev kamerası təqdim edilib

“Ağıllı” ev qurğularında ixtisaslaşan “Ring” şirkəti (Amazona məxsusdur) otaq daxilində uçan kompakt şəkilli yeni ev kamerası təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Always Home Cam” adlı qurğunun 2021-ci ildə 250 dollara satışa çıxarılması nəzərdə tutulur. Şirkət nümayəndələri bildirib ki, kamera dron iki il ərzində hazırlanıb və qurğunun yaradılması prosesi çətin olub.

 

Məlumata görə, kameranın funksionalı ona avtonom rejimdə işləməyə imkan verir. İlkin quraşdırma zamanı “Always Home Cam” uçuş üçün evin virtual xəritəsini yaradır. İstifadəçi dronu evdə “Ring” təhlükəsizlik sistemi işə düşən zaman onun havaya qalxması üçün quraşdıra bilər. Bundan başqa, dronun bu və ya digər otağa baxması üçün ona smartfon vasitəsilə komanda verərək istənilən vaxt havaya qaldırmaq mümkündür. Bu halda kamera görüntünü smartfona translyasiya edəcək.

 

Həmçinin pilotsuz uçan aparatı ütünün söndürülməsini və evdə bütün pəncərələrin bağlı olmasını yoxlamaq üçün istifadə etmək olar. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğunun kamerası yalnız dron havada olan zaman aktiv olur.

 

Nizam Nuriyev





Baxış sayı: 159

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024