12px13px15px17px
Tarix:01/10/20

“Android 11” sistemli ilk smartfon məlum olub

Qabaqcıl “Vivo” satışda ən yeni “Android” əməliyyat sistemi versiyası ilə təchiz edilən ilk smartfon olacaq. Bu barədə “GizmoChina” nəşrinin şirkət nümayəndələrinin bəyanatına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Çin brendinin mətbuat xidməti “Vivo V20” modelinin “Android 11” əməliyyat sisteminin quraşdırılacağı ilk smartfon olacağını təsdiqləyib. Ən yeni əməliyyat sisteminin seriyanın digər smartfonlarına (Vivo V20 Pro və V20 SE) da quraşdırılacağı ehtimal olunur. Məlumata görə, “Vivo” qurğuları ilkin olaraq onların təqdim ediləcəyi Hindistanda satışa çıxarılacaq.

 

Bununla yanaşı, brendin saytında “V20” seriyalı nümayiş olunmayan smartfonların təsvirində göstərilib ki, onlar “FunTouch OS 11” proqram təminatlı “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyirlər. Jurnalistlərin fikrincə, yeni qabaqcıl “Vivo” modellərinə əməliyyat sisteminin ikiillik yeniləmə siyasəti şamil edilirsə, gələcəkdə qurğular həm “Android 12”, həm də “Android 13” ilə təchiz ediləcək.

 

Əvvəlki proqnozlara görə, ən yeni “Android 11” əməliyyat sistemi ilkin olaraq bu payızda satışa çıxarılacaq qabaqcıl “Google Pixel 4a 5G” və “Pixel 5” modellərinə quraşdırılacaq. Bir müddət əvvəl “OnePlus”, “Realme”, “Oppo” və “Xiaomi” şirkətlərinin bir sıra smartfonları üçün “Android 11” sisteminin beta versiyası buraxılıb. Yeni “Google” əməliyyat sisteminin nümayişi sentyabrın əvvəlində baş tutub.

 

“Vivo V20” seriyalı smartfonların təqdimatı oktyabrın 12-nə planlaşdırılır. Seriyaya aid qurğuların ilkin qiyməti 20 min Hindistan rupisi (271,95 dollar) təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 237

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024