12px13px15px17px
Tarix:23/06/11

“Nokia”nın gələcək planları

“Nokia” şirkəti aprel ayının sonunda “Windows Phone 7”mobil əməliyyat sisteminə keçidin "əhəmiyyətli kadr ixtisarı”na gətirib çıxaracağını elan etmişdi və artıq bu proses başlanıb.
“Nokia Symbian” əməliyyat sisteminin hazırlanması və dəstəyi ilə rəsmən “İT-Autsorser Accenture”in məşğul olacağını bildirib. Əldə olunmuş razılaşmaya əsasən, “Accenture Symbian” platformasını yeni proqram təminatının hazırlanmasında dəstəkləyəcək.
“Nokia”nın “Symbian” ilə müəyyən müddət işləməsinə baxmayaraq, sistem onun mobil qurğularında üstünlük təşkil etməyəcək. Sistem kimi “MeeGo” və “Windows Phone 7” platformalarına üstünlük veriləcək.
Bir neçə gün əvvəl “Nokia” rəhbərliyi “Symbian OS” ilə bir neçə smartfonun istifadəyə verilməsi haqqında planlardan danışıb. Proqnozlara görə, 2011-ci ilin sonuna kimi bazarda yenilənmiş “Symbian Anna” əməliyyat sistemində 10 belə cihaz çıxmalıdır. Bu sistem əvvəlki əməliyyat sistemindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun üstünlüklərindən biri yüksək iş sürəti və sadə interfeysi ilə seçilən yenilənmiş səyyah sayılır. Həmçinin “Symbian Anna”da yenilənmiş Ovi Maps istifadə olunur. Əməliyyat sistemində indi məlumatların aparat şifrləməsi dəstəyini alan elektron poçtla iş də yaxşılaşıb.
“Nokia”nın Çin, Finlandiya, Hindistan, Böyük Britaniya və ABŞ-dan 2800 keçmiş işçisi də ”Accenture”də işləyəcək. Onlar 2011-ci ilin oktyabrın əvvəlində yeni işə başlayacaqlar. 2012-ci ilin sonuna kimi “Nokia”, həmçinin 4000 insanın şirkətdən çıxarılması ilə bağlı xəbərdarlıq edib. “Nokia” rəhbərliyi bu tədbirlərin təxminən 1,5 milyard dollar qənaət etməyə imkan verəcəyini proqnozlaşdırıb.
Bir gün həmçinin “Nokia”nın apreldən davam edən ixtisar haqqında danışıqlarının bitdiyi məlum olub. İndi artıq Finlandiyada 1400 insanın işini itirəcəyi qəti aydındır. “Nokia” işdən çıxarılanlara yeni iş axtarışında kömək edəcək, kim sahibkar olmaq istəyirsə, onlara maddi dəstək göstərəcək.



Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024