12px13px15px17px
Tarix:13/12/11

Yaponiyada Yerətrafı orbitə yeni kəşfiyyat süni peyki buraxılıb

 Yaponiyanın cənub-şərqində yerləşən Taneqasima kosmodromundan H-2A daşıyıcı raketi buraxılıb. O, Yaponiyanın “Radar-3” yeni kəşfiyyat süni peykini kosmosa çıxarmışdır. Raketin buraxılması əvvəlcə dekabrın 11-nə planlaşdırılsa da, əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Yeni süni peyk Koreya Xalq Demokratik Respublikasının ərazisindən kəşfiyyat məlumatlarının toplanması ilə yanaşı, Asiyada baş verən təbii fəlakətlərin monitorinqini aparmağa imkan verəcək.

Bu aparatın hazırlanması Yaponiya büdcəsinə 40 milyard yenə (520 milyon dollar) başa gəlmişdir. Kosmik aparat “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən hazırlanıb.


Yaponiya əvvəllər teleskopik kameralarla təchiz edilmiş “Kodaku-4” kəşfiyyat aparatını buraxıb. Həmin aparat orbiti üzrə hərəkət edərək Yer üzündəki bir neçə yüz kilometr ərazidə 60 santimetr ölçüdə obyekti əks etdirmək qabiliyyətinə malikdir.

Yeni süni peyk-radar isə Yaponiyaya lazım olan məlumatları həm gecə, həm də dumanlı hava şəraitində əldə etməyə imkan yaradacaq.





Baxış sayı: 1615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024