12px13px15px17px
Tarix:13/12/11

“Google” xəbərdarlıq etmədən uşaq hesablarını bloklayır

ABŞ sakini Riç Uorren “Google+” sosial şəbəkəsində öz səhifəsində “Google” şirkətinin ünvanına şikayət dərc edib. Cənab Uorren yazır ki, bir neçə il əvvəl o, öz həddi-büluğa çatmamış qızına nənə və babaları ilə yazışa bilməsi üçün “Gmail” poçt hesabı açıb.

Bu tədris ilinin əvvəlində qız poçtdan daha aktiv istifadə etməyə başlayıb, həmçinin “Blogger” sistemində bloq yaradıb. Lakin bu günlərdə cənab Uorrenin qızının hesabı blok edilib və “Google” serverlərində toplanmış informasiya əlçatmaz olub.

Buna səbəb isə veb-saytlar tərəfindən 13 yaşa çatmamış şəxslər haqqında şəxsi məlumatın toplanılması ilə bağlı müəyyən qaydaları əmr verən (COPPA) İnternetdə uşaqların məxfiliyinin müdafiəsi haqqında Amerika qanunudur.

Belə ki, ABŞ-da azyaşlı istifadəçilərin müxtəlif internet-resurslarda qeydiyyatı yalnız onların valideynlərinin və ya qəyyumların yazılı icazəsindən sonra mümkündür.

Riç Uorren veb-korporasiyadan hesabların blok edilməsi haqqında xəbərdarlıq etmədiyinə və onun qızının şəxsi məlumatlarını saxlamaq imkanını vermədiyinə görə şikayət edir. “Google” şirkəti öz ünvanına olan iddialara hələ ki reaksiya verməyib.







Baxış sayı: 1320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024