12px13px15px17px
Tarix:19/10/20

“Windows 10” istifadəçilərin icazəsi olmadan kompüterə proqramlar quraşdırır

"Windows 10" sisteminin idarəetməsi altında işləyən kompüterlərin sahibləri sistemdə onlar tərəfindən yüklənilməyən proqramlar olduğuna görə kütləvi şikayət ediblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "The Verge", "ZDNet" və "Windows Latest" daxil olmaqla bir neçə onlayn nəşr bu barədə "Microsoft" şirkətinə şikayət ediblər. Şirkət istifadəçilərdən xəbərsiz "Windows 10" sisteminin idarəetməsi altında işləyən kompüterlərə "Office Web" proqramını quraşdırmağa başlayıb.

 

"Office Web" – bu, "Edge" brauzerində "Microsoft"un ofis paketinin sürətli işə salınması üçün proqramlar dəstidir. Əvvəllər bu yarlıklar könüllü quraşdırılırdı, indi isə şirkət onları "Windows 10" sistemi ilə işləyən bütün kompüterlərə quraşdırmağa qərar verib.

 

"Microsoft" hələ ki bu barədə şərh verməyib.

 

Emil Hüseynov





Baxış sayı: 294

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024