12px13px15px17px
Tarix:31/10/20

“Samsung” şirkəti “5G” avtobus hazırlayıb

Cənubi Koreyanın “Samsung” şirkəti “5G” texnologiyalarına və onu dəstəkləyən öz cihazlarına diqqət çəkmək üçün Londonun mərkəzində onun tərəfindən hazırlanmış “5G” avtobus yerləşdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, belə avtobusun içinə daxil olan şirkətin qonaqları “Xbox One” konsolunun kontrollerlərindən istifadə edərək “Samsung Galaxy Note 20” smartfonunda müxtəlif oyunlar oynaya bilərlər. Bu halda baş verənlər 82 düymlük “Samsung QLED 8K” televizorunda göstərilir. Həmçinin qonaqlar “Samsung 5G” smartfonlarının köməyi ilə hər hansı faylları yükləməklə “5G” şəbəkələrinin işləmə sürətini qiymətləndirə bilərlər.
 
Emil Hüseynov




Baxış sayı: 470

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024