12px13px15px17px
Tarix:14/12/11

Pol Allen kosmosa uçmaq üçün aparat yaradır (VİDEO)

“Microsoft” korporasiyasının yaradıcılarından biri Pol Alen kosmosa uçuşlar və orbitə yüklər çatdırmaq üçün pilotsuz uçuş aparatı yaratmaq barədə niyyətini açıqlayıb.

58 yaşlı iş adamı bildirib ki, “Stratolaunch Systems” adlanan layihə yüksək hündürlüyə qalxa bilən və kosmosa raket buraxmaq iqtidarında olan nəhəng təyyarənin yaradılmasını nəzərdə tutur. Bu barədə BBC xəbər verib. 

Layihənin həyata keçirilməsində P.Alenə ABŞ-ın məşhur aerokosmik texnika konstruktoru Bert Rutan kömək edəcək.

Yeni aparatın ilk uçuşları 2016-cı ilə planlaşdırılıb. Onun yaradılması artıq Kaliforniyanın Mohave səhrasında yerləşən anqarda aparılır. Layihə müəlliflərinin sözlərinə görə, konstruktorlar “Stratolaunch Systems” konstruksiyası üzərində artıq 10 ilə yaxındır işləyirlər.

Mütəxəssislər ümid edirlər ki, onların aparatı orbitə kommersiya peyklərini çıxaracaq, eləcə də yükləri beynəlxalq kosmik stansiyaya çatdıracaq. 

Aparat “Boeing 747” təyyarəsində istifadə olunan 6 mühərriklə təchiz ediləcək, təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 117 metr təşkil edəcək. Bu isə o deməkdir ki, “Stratolaunch Systems” layihəsi çərçivəsində məşhur “Hughes H-4 Hercules” təyyarəsindən (1940-cı ildə yaradılan və cəmi bir uçuş yerinə yetirən təcrübi təyyarə, onun qanadlarının kənar nöqtələri arasındakı məsafə 98 metrdir) daha nəhəng olacaq dünyanın ən böyük uçuş aparatı yaradılacaq.









Baxış sayı: 1411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024