12px13px15px17px
Tarix:23/06/11

Dünyanın ən kiçik fotokamerası

“Pentax” şirkəti bu gün12.4 meqapiksel matrislə təchiz edilmiş yeni güzgüsüz fotoaparat barədə məlumat verib.
Təqdim edilmiş qurğu “Pentax Q” adını alıb və iddia edilir ki, o, bu gün dünyada dəyişkən optika ilə ən yığcam və yüngül fotokameradır. Fotokameranın ölçüləri 98×58×30 millimetr təşkil edir, çəkisi isə təxminən 200 qramdır.
Yenilikdə 1/ 2,3 düyməli KMOP sensoru tətbiq edilib; obyektivin bərkidilməsi üçün yeni Q-mount (kameranın satışa daxil olması vaxtı alıcılara linzaların 5 müxtəlif dəsti təklif ediləcək) süngüsü istifadə olunur.
İstehsalçılar təsvirin sabitləşməsi sistemini və saniyədə 30 kadr sürətlə 1080p formatında yüksək dəqiqliyə malik videoçarxları yazma imkanını nəzərdə tutublar. Şəkillərin ardıcıl çəkilişi saniyədə 5 kadr tezliyi ilə dəstəklənir.
ABŞ-da “Pentax Q” fotoaparatının satışları payızda başlanacaq; standart obyektivlə qiymət 800 dollar olacaq.



Baxış sayı: 2194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024