12px13px15px17px
Tarix:13/11/20

“Apple” kompüterlər üçün “macOS Big Sur” əməliyyat sistemini təqdim edib

“Apple” şirkəti “Mac” kompüterlərinə öz əməliyyat sisteminin “macOS Big Sur” adlandırılmış növbəti yeniləməsini yaymağa başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Big Sur” yeniləməsində interfeys ciddi yenilənib və “Safari”, Mesajlar və Xəritə daxil olmaqla əsas proqramlarda xeyli təkmilləşdirmələr həyata keçirilib. Yeniləmədə 13 düymlük “MacBook Pro”, həmçinin “MacBook Air” və “Mac mini” kompüterlərinə quraşdırılmış “Apple M1” çipi ilə dərin inteqrasiya nəzərdə tutulub.

 

Yenilənmiş idarə mərkəzi “iOS” və “iPad OS” sistemlərinin tərtibat stilini xatırladır. İndi bir toxunuşla ƏS-nin əsas idarəetmə elementlərinə sürətli giriş imkanı əlçatan olub. Bildirişlər mərkəzində “iOS” tərzində vidcetlər və interaktiv bildirişlər əlçatan olub.

 

“Apple” şirkətindən bildirilib ki, məxfilik sahəsində böyük iş görülüb. İstifadəçilər indi öz fərdi məlumatlarının işlənməsini daha dəqiq idarə edə və izləyə bilərlər.

 

Bütün aktual “Mac” kompüterləri yaxın vaxtlarda “Big Sur” yenilənməsini əldə edəcəklər.

 

Emil Hüseynov





Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024