12px13px15px17px
Tarix:23/11/20

“Samsung” televizorları “Google Assistant” ilə təchiz ediləcək

"Samsung Electronics" şirkətinin 2020-ci il "ağıllı" televizorlar seriyası "Amazon Alexa" və "Bixby" ilə yanaşı, "Google Assistant" intellektual səsli köməkçi funksiyasının dəstəyi ilə təchiz ediləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "Google Assistant" ilə iş üçün istifadəçilərdən əlavə proqram təminatının yüklənilməsi və ya kənar qurğuların alınması tələb olunmayacaq.

Səsli komandalar vasitəsilə tamaşaçılar kanalları dəyişə, səs ucalığını tənzimləyə, bu və ya digər proqramları işə sala, eləcə də "ağıllı" evdə müxtəlif qurğuların işinə nəzarət edə biləcəklər.

"Google Assistant" səsli köməkçisi 2020-ci il model sırasına aid bütün "Samsung Smart TV 4K" və "8K QLED", "Crystal UHD TV", "The Frame", "The Serif", "The Sero" və "The Terrace" televizorlarına quraşdırılacaq.

Qeyd olunur ki, istifadəçilər "Amazon Alexa", "Bixby" və "Google Assistant" arasında seçim edərək istənilən intellektual köməkçiyə keçə biləcəklər. Beləliklə, "Samsung" televizorları tərəfindən maksimal çevik səsli idarəetmə imkanları təklif ediləcək.

Nizam Nuriyev
 





Baxış sayı: 501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Yanvar 2021

16 01 2021

16/01/21
“HP EliteBook 805 G8” noutbuklar seriyasına üç model daxildir

“HP” şirkəti “EliteBook 805 G8” seriyalı portativ kompüterlər təqdim edib. Korporativ istifadəçilər

16/01/21
Beynəlxalq vaksinləmə pasportu yaradılacaq

“Microsoft”, “Oracle” və “Salesforce” və bir sıra digər şirkətlər vahid rəqəmli vaksinləmə