12px13px15px17px
Tarix:27/11/20

Britaniyada iri İT şirkətləri üzərində nəzarət güclənəcək

Böyük Britaniya hakimiyyəti "Google" və "Facebook" kimi böyük texnoloji şirkətlərin fəaliyyətinin tənzimlənməsi üçün yeni dövlət orqanı yaradır. "Digital Markets Unit" (DMU) adlı yeni strukturun 2021-ci ilin aprelindən etibarən fəaliyyətə başlayacağı gözlənilir. Bu barədə "Engadget" bloqunun məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, Britaniya Rəqabət və Bazarlar İdarəsinin nəzdində fəaliyyət göstərəcək "DMU" texnoloji nəhənglər üçün yeni iş qaydalarının hazırlanması ilə məşğul olacaq. Qurum vasitəsilə vətəndaşların öz fərdi məlumatları üzərində tam nəzarət əldə edəcəkləri gözlənilir. Bundan başqa, bu sahədə kiçik biznesin inkişafı üçün daha əlverişli ekosistemin yaradılması nəzərdə tutulur.

 

Məlumata görə, təşkilat tələblərə əməl olunması üçün İT nəhənglərinin qərarlarını bloklamaq və ləğv etmək hüququna malik olacaq. Şirkətlər qaydalara riayət etməyəcəyi təqdirdə onlar üçün cərimələrin tətbiqi planlaşdırılır.

 

Böyük Britaniyada yeni tənzimləyici orqanın yaradılması üzrə variantlar 2019-cu ildən nəzərdən keçirilir. 2020-ci ilin yayında Rəqabət və Bazarlar İdarəsi mövcud qanunların sənayenin effektiv tənzimlənməsi üçün uyğun olmamasını bəyan edib.

 

Nizam Nuriyev





Baxış sayı: 632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Yanvar 2021

16 01 2021

16/01/21
“HP EliteBook 805 G8” noutbuklar seriyasına üç model daxildir

“HP” şirkəti “EliteBook 805 G8” seriyalı portativ kompüterlər təqdim edib. Korporativ istifadəçilər

16/01/21
Beynəlxalq vaksinləmə pasportu yaradılacaq

“Microsoft”, “Oracle” və “Salesforce” və bir sıra digər şirkətlər vahid rəqəmli vaksinləmə