12px13px15px17px
Tarix:15/12/11

“Google” şirkəti köləliklə mübarizə üçün 11,5 milyon dollarından keçib

“Google” şirkəti bildirib ki, XXI əsrdə köləlik probleminin həlli ilə məşğul olan bir neçə təşkilatın hesablarına 11,5 milyon dollar pul köçürüb. Korporasiyadan qeyd ediblər ki, onlar diqqəti məhz bu problemə yönəltmək  istəyiblər, çünki azadlıq - hər bir insanın əsas hüququdur.

Pul müvafiq qanunların hazırlanmasına, həmçinin amerikalılar arasında maarifləndirmə  işinin aparılmasına xərclənəcək. “Google” şirkətindən bildiriblər ki, ABŞ-ın bir çox sakinləri müasir dünyada insan alveri probleminin mövcud olduğundan şübhələnmirlər.

8 milyon dollar Hindistanda işləyən hüquq müdafiə təşkilatlarına, 1,7 milyon dollar amerikalılar arasında maarifləndirmə işinin aparılmasına xərclənəcək və pulun qalan hissəsi köləliyə qarşı mübarizə aparan kiçik təşkilatlar arasında bölünəcək.




Baxış sayı: 1614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024