12px13px15px17px
Tarix:01/12/20

Üçüncü rübdə smartfonlar bazarında azalma zəifləyib

İyul-sentyabrda dünyada 366 milyon smartfon satılıb. Bu, bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azdır. Bu barədə “Gartner” analitik şirkətinin 2020-ci ilin üçüncü rübü üçün hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bazarda azalmanın qeydə alınmasına baxmayaraq o, ilin birinci yarısındakından daha az olub – o zaman pandemiya və istehlakçı xərclərinin azalması səbəbindən smartfonların satış həcmində illik nisbətdə ardıcıl iki rüb 20 faiz azalma müşahidə edilib.

 

Dördüncü rübün “qara cümə”də əvvəlki illərə nisbətən daha aktiv onlayn satışlar sayəsində daha uğurlu olacağı gözlənilir. Həmçinin oktyabr-dekabrda smartfonların satış həcmində artımın 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

 

Analitiklərin sözlərinə görə, bu, təminatlı istehlakçılar tərəfindən “5G” dəstəkli qurğulara tələbatın artması sayəsində baş verəcək. Hazırda bu qurğuların 611 dollarlıq orta qiyməti satışların kütləviliyinə mane olur. Lakin proqnozlara görə, 2024-cü ilədək bu göstərici 453 dollaradək azalacaq.

 

Ayrı-ayrı brendlərin bazardakı uğur və uğursuzluqları baxımından “Samsung” və “Xiaomi” daha çox seçilir – liderlər beşliyindən (Samsung, Huawei, Xiaomi, Apple, Oppo) yalnız bu şirkətlər üçüncü rübdə satış həcmini artırmağa nail olublar.

 

Bununla yanaşı, “Samsung”un gəliri illik nisbətdə 2,2 faiz artdığı halda onun Çin rəqibində bu göstərici 34,9 faiz olub. Bu, “Xiaomi” şirkətinə rüblük satış həcminə görə 6 faiz itirən “Apple” korporasiyasını geridə qoyaraq üçüncü yerə yüksəlməyə imkan verib. Öz növbəsində “Huawei” çətinliklə də olsa, ikinci mövqeyini qoruyub – Çindən kənarda şirkətin ABŞ sanksiyaları səbəbindən “Google” mobil proqram və servislərindən məhrum edilən qurğularına tələbat azalıb. İstehsalçının rüblük satışı ötən illə müqayisədə 21 faiz enib.

 

Nizam Nuriyev





Baxış sayı: 130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Yanvar 2021

16 01 2021

16/01/21
“HP EliteBook 805 G8” noutbuklar seriyasına üç model daxildir

“HP” şirkəti “EliteBook 805 G8” seriyalı portativ kompüterlər təqdim edib. Korporativ istifadəçilər

16/01/21
Beynəlxalq vaksinləmə pasportu yaradılacaq

“Microsoft”, “Oracle” və “Salesforce” və bir sıra digər şirkətlər vahid rəqəmli vaksinləmə