12px13px15px17px
Tarix:01/12/20

Mobil operatorlar 2025-ci ilədək sahənin inkişafına 1,1 trilyon dollar sərmayə yatıracaqlar

2025-ci ilədək dünyada mobil rabitə operatorlarının bu sahənin inkişafına yatırdıqları sərmayənin ümumi həcmi 1,1 trilyon məbləğində olacaq. Bu barədə Çinin Uçjen şəhərində Ümumdünya İnternet İdarəetmə Konfransının açılışında onlayn iştirak etmiş GSMA Assosiasiyasının prezidenti Con Hoffman deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, "Mobil rabitə operatorları tərəfindən investisiyalar indiki vaxtdan 2025-ci ilədək 1,1 trilyon dollar təşkil edəcək. Bu məbləğin təxminən 18%-i “5G” şəbəkəsinə sərf ediləcək" – o deyib.

 

Con Hoffmanın sözlərinə görə, yaxın 5 ildə Çin ABŞ, Cənubi Koreya, Yaponiya və Avropadakı bəzi bazarlar ilə birgə “5G” rabitə sahəsində liderlik edəcək. O deyib ki, artıq dünyanın 47 ölkəsində 106 ədəd “5G” rabitə şəbəkəsi (həm mobil, həm stasionar) istifadəyə verilib. “GSMA” məlumatlarına əsasən, dünyada mobil qoşulmaların təxminən 7%-i “5G” rabitə vasitəsilə həyata keçirilir.

 

Emil Hüseynov





Baxış sayı: 141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Yanvar 2021

16 01 2021

16/01/21
“HP EliteBook 805 G8” noutbuklar seriyasına üç model daxildir

“HP” şirkəti “EliteBook 805 G8” seriyalı portativ kompüterlər təqdim edib. Korporativ istifadəçilər

16/01/21
Beynəlxalq vaksinləmə pasportu yaradılacaq

“Microsoft”, “Oracle” və “Salesforce” və bir sıra digər şirkətlər vahid rəqəmli vaksinləmə