12px13px15px17px
Tarix:16/12/11

“Microsoft” “Nokia”nın telefon biznesini satın ala bilər

“Danske Bank” analitikləri bildiriblər ki, “Nokia” şirkətinin telefon biznesini tezliklə “Microsoft” korporasiyasının satın alma ehtimalı var. Xatırladaq ki, “Microsoft” korporasiyasının “Nokia” şirkətinin mobil telefon bölməsini satın alması haqqında informasiya hələ yazda çıxıb.

O zaman qeyd edilirdi ki, sazişin dəyəri 19 milyard dollar təşkil edə bilər. Lakin “Nokia” şirkətinin icraçı direktoru Stiven Elop bu məlumatları təkzib etmişdi. “Nokia” şirkəti hərçənd ki əvvəlki mövqeyini itirib, lakin hələ də ən böyük mobil aparat təchizatçısı olaraq qalıb.

Finlandiya istehsalçısı üçüncü rübdə 106,6 milyon smartfon və mobil telefon satıb. Şirkətin bazar payı isə 1 il ərzində 31,6%-dən 27,1%-ə qədər azalıb.



Baxış sayı: 1185

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 May 2024

01 05 2024