12px13px15px17px
Tarix:09/12/20

32 nüvəli “Apple” prosessoru buraxılacaq

2021-ci ildə “Apple” kompüterləri üçün bir neçə yeni prosessor buraxılacaq. Bu barədə “Bloomberg” agentliyinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, agentliyin hesabatına görə, 2022-ci ilin əvvəlində “Apple” istehsalı olan 32 nüvəli yeni prosessor əsasında “Mac Pro” kompüteri buraxılacaq. Müvafiq çipin 2021-ci ilin sonunda nümayişi planlaşdırılır. Həmçinin “Apple” mühəndisləri “MacBook Pro” üçün nəzərdə tutulacaq 16 və 32 nüvəli prosessorların yaradılması üzərində çalışırlar. Noyabrda təqdim edilən kompüterlər dörd yüksək məhsuldarlıqlı və dörd yüksək effektivli nüvə ilə təchiz edilən “M1” çipinə malikdir.
 
Bildirilir ki, hazırda 16 və 32 nüvəli prosessorların sınaqları keçirilir. Çiplərin yaxşılaşdırılması ilə yanaşı, “Apple” çoxlu – 16, 32 və 128 nüvə sayına malik qrafik prosessor buraxmaq niyyətindədir. İstehsalın qurulma sürətindən asılı olaraq qrafik prosessorların inteqrasiya olunduğu yeni çiplərin 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində nümayişi planlaşdırılır. Aktual kompüterlərdə istifadə edilən “M1” qrafik prosessoru 8 nüvəyə malikdir.
 
Xatırladaq ki, “Apple” şirkətinin “M1” prosessoru əsasında kompüterlər noyabrın 10-da təqdim edilib. ABŞ korporasiyası tərəfindən “MacBook Air”, “MacBook Pro” və “Mac mini” kompakt kompüteri nümayiş olunub. Şirkət nümayəndələrinin sözlərinə görə, “Apple” istehsalı olan çiplərə tam keçid iki il ərzində başa çatacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024