12px13px15px17px
Tarix:10/12/20

“Google” öz xidmətlərində “Internet Explorer” brauzerinin dəstəyini dayandırır

“Microsoft” korporasiyasının çoxdan “Edge” brauzerinə keçməsinə baxmayaraq, bəzi insanlar hələ də “Internet Exlporer” brauzerindən istifadə etməyə davam edirlər. “Google” şirkəti isə öz xidmətlərində sözügedən brauzerin dəstəyini dayandırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, axtarış nəhənginin rəsmiləri elan ediblər ki, “Workspace” paketinə daxil olan xidmətlər 15 mart 2021-ci il tarixindən “Internet Explorer”i dəstəkləməyi dayandıracaq. Söhbət “Gmail”, "Google Docs”, "Google Sheets", "Google Disk" və şirkətin başqa populyar proqramlarından gedir. İstifadəçilərə yuxarıda göstərilən tarixədək dəstəklənən brauzerə keçmək tövsiyə edilir.
 
Əgər istifadəçilər gələn il martın 15-dən sonra “Internet Explorer” brauzerində “Google”un xidmətlərindən istifadəyə davam etsələr, şirkət həmin xidmətlərin işində baş verə biləcək mümkün nasazlıqları, məhsuldarlığın azaldılmasını və təhlükəsizlik problemlərini istisna etmir.
 
Emil Hüseynov



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024