12px13px15px17px
Tarix:15/12/20

“İnnovasiyalar həftəsi – InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutdu

“İnnovasiyalar həftəsi – InnoWeek 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “Cyber Security Envisioning Workshop” – kibertəhlükəsizlik vebinarı keçirilib.
 
Tədbirdə “Microsoft” şirkətinin yerli və beynəlxalq ekspertləri tərəfindən şirkətin kibertəhlükəsizlik sahəsində nailiyyətləri və Azərbaycan hökuməti ilə imzalanmış saziş çərçivəsində əldə olunmuş kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.
 
“Microsoft Azərbaycan” şirkətinin Baş meneceri Qaçay Mirzəyev şirkətin kibertəhlükəsizlik həlləri barədə təqdimatla çıxış edib.
 
Qaçay Mirzəyev şanlı ordumuzun 44 günlük Zəfər yürüşü sayəsində 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızda Azərbaycanın tarixi qələbəsi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini bildirib. O, ordudan tərxis olunan hərbçilər arasında ingilis dilini bilən və kibertəhlükəsizliyə marağı olan gənclərin sahə üzrə bilik və bacarıqlarının artırılması məqsədilə “Microsoft” korporasiyasının “Military Affairs Education Portal” (miledu.microsoft.com) internet informasiya ehtiyatı haqqında məlumat verib.
 
Vebinarın gedişində sahə üzrə xarici ekspertlər müasir kibertəhlükəsizlik trendləri və həlləri barədə təqdimatlarla çıxış ediblər.
 
Ümumilikdə yeni nəsil kibertəhdidlər və onlardan müdafiə yolları, kibertəhlükəsizliyin təmin edilməsində bulud həlləri, “Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzləri”nin qurulması və idarə edilməsi mövzularında məruzə və təqdimatlar edilib.
 
Bununla yanaşı, təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə virtual sual-cavab sessiyaları və müzakirələr təşkil olunub.

 














Baxış sayı: 3795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Mart 2021

04/03/21
“MediaTek” şirkəti “ağıllı” televizorlar üçün prosessor təqdim edib

“MediaTek” şirkəti “4K” formatlı (3840 × 2160 piksel) “ağıllı” televizorlarda istifadə üç&

03 03 2021

03/03/21
“WhatsApp” messencerinə ünsiyyəti daha təhlükəsiz edən yeni funksiya əlavə ediləcək

“WhatsApp” messencerinə özü avtomatik silinən şəkillərin göndərilməsi funksiyası əlavə ediləcək. Bu barəd

03/03/21
Çin ucuz elektrik enerjisinə malik regionda mayninqi qadağan edəcək

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlb

03/03/21
“Microsoft” korporasiyası qarışıq reallıq platformasını təqdim edib

“Microsoft” korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təq

03/03/21
Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar

1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir e

03/03/21
Bill Qeyts “iOS” və “Android” sistemlərini müqayisə edib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb. Bu barədə

03/03/21
“Əşyalar interneti”nə mobil qoşulmaların sayı 3,5 milyarda çatacaq

2030-cu ildə mobil şəbəkələrə qoşulan “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularınn sayı 3,5

03/03/21
Dünya yarımkeçiricilər bazarında artım qeydə alınıb

Dünya çip bazarında 2021-ci ildən artım başlayıb. Belə ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Se

03/03/21
Qatlanan “iPhone” haqqında yeni təfərrüatlar məlum olub

İlk qatlanan “Apple” smartfonu 2023-cü ilə buraxılacaq. Bu barədə “9to5mac” nəşrinin məşhur