12px13px15px17px
Tarix:16/12/20

“Twitter” məlumat sızmasına görə 450 min avro cərimələnib

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (Data Protection Commission, DPC) “Twitter” şirkətini istifadəçi məlumatlarının sızması barədə informasiyanı vaxtında açıqlamadığına görə 450 min avro məbləğində cərimələyib.
  
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, cərimə 2018-ci ildə Avropa İttifaqında məlumatların mühafizəsi haqqında ümumi qaydalar (GDPR) qüvvəyə mindikdən sonra “Twitter” şirkətinə tətbiq edilən ilk sanksiya olub. Hazırda komissiya tərəfindən ABŞ-ın Avropada fəaliyyət göstərən 20-dən çox İT şirkətinin işinə baxılır.
 
“Twitter” istifadəçilərinin məlumatlarının sızması barədə ilk dəfə 2019-cu ilin yanvarında məlum olub. Şirkət nümayəndələri bildirib ki, istifadəçi məlumatlarından reklam verənlər tərəfindən insanların marketinq siyahısı ilə müqayisəsinin aparılması üçün təsadüfən istifadə edilib. Onların sözlərinə görə, fərdi məlumatlar üçüncü şəxslərə verilməyib və problem 2018-ci ilin sentyabrında aradan qaldırılıb.
 
Nizam Nuriyev




Baxış sayı: 1009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024