12px13px15px17px
Tarix:16/12/11

“RİM” şirkətinin xalis mənfəəti 3 dəfə azalıb

“Research İn Motion” (RİM) şirkətinin səhmləri 2012 maliyyə ilinin üçüncü rübü üzrə hesabatın nəşrindən sonra yeddiillik minimuma qədər ucuzlaşıb.

“RİM” şirkəti 5,2 milyard mədaxil əldə edib. Bu göstərici əvvəlki maliyyə ilinin analoji dövrünün nəticəsi ilə müqayisədə 6% azdır.

“RİM” şirkətinin xalis mənfəəti 3 dəfə azalaraq 265 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, şirkət 1il əvvəl 911 milyon dollar qazanmışdı.

Şirkət başa çatmış maliyyə rübü ərzində təxminən 14,1 milyon “BlackBerry”  smartfonunu və təxminən 150 min “BlackBerry PlayBook” planşet kompyuteri satıb.Nəticələrin elan edilməsindən sonra “RİM” şirkətinin səhmləri 7% ucuzlaşıb.




Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020