12px13px15px17px
Tarix:21/12/20

İlin ən gəlirli mobil oyunları açıqlanıb

“Sensor Tower” analitik şirkəti 2020-ci ilin yekunları üzrə yaradıcılarına 1 milyard dollardan çox qazanc gətirən beş smartfon oyununu açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, hesabatda 2020-ci il yanvarın 1-dən dekabrın 14-dək Çin və digər regionlarda kənar “Android” əlavə mağazaları istisna olmaqla “App Store” və “Google Play” mağazalarından əldə edilən mədaxil nəzərə alınıb. 
 
Başa çatmaqda olan ilin əsas hitləri “PUBG Mobile” (onun Game For Peace Çin versiyası nəzərə alınmaqla) və “Honor of Kings” onlayn oyunları olub. “Tencent” holdinqi tərəfindən buraxılan oyunların qazancı müvafiq olaraq 2,6 və 2,5 milyard dollar təşkil edib. “PUBG Mobile”ın mədaxili 64,3 faiz, “Honor of Kings”in isə 43 faiz artıb.
 
Maliyyə baxımından üçüncü ən uğurlu layihə əlavə reallıq texnologiyalarının potensialını nümayiş etdirən və 2016-cı il fenomeninə çevrilən “Pokémon GO” seçilib. 2020-ci ildə pandemiya şəraitində, özünütəcrid və məsafəli işə keçid rejimində pokemonların tutulması haqqında oyun yeni populyarlıq dalğası yaşayaraq 1,2 milyard dollar qazanıb. 2019-cu ildə oyun həvəskarları “Pokémon GO” oyununa 894 milyon dollar sərf ediblər.
 
Ən gəlirli mobil oyunlar beşliyini hər birinin mədaxili 1,1 milyard dollara bərabər “Coin Master” və “Roblox” tamamlayıb. Ötən il bu layihələrin qazancı iki dəfə az olub.
 
Nizam Nuriyev




Baxış sayı: 1256

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024