12px13px15px17px
Tarix:17/12/11

"Alıb yoxla, tapıb topla" lotereyasına start verib

Yeni il ərəfəsində öz müştərilərini sevindirməkdə davam edir. İndi Bakcell abunəçiləri istifadə edilmiş ödəmə kartlarını atmayacaqlar, çünki hətta işlənmiş kartlar belə onlara sevinc bəxş edə bilər.

Şirkətdən verilən məlumata görə, "Bakcell" öz CİN, Klass və Gold abunəçiləri üçün yeni "Alıb yoxla, tapıb topla" lotereyasına start verir. Kampaniya 10 dekabr 2011-ci il tarixdə başlayıb və 10 yanvar 2011-ci ilə kimi davam edəcək.

Lotereyada iştirak etmək üçün "Bakcell" abunəçiləri bir ədəd 1 AZN, iki ədəd 2 AZN və bir ədəd 6 AZN, Klass və Gold abunəçiləri isə üç ədəd 5 AZN və bir ədəd 10 AZN dəyərində 4 danışıq kartı toplamalıdırlar.

Hər kartın üzərində yerləşdirilmiş şəkil lotereyanın bir ümumi şəkilini əmələ gətirir. Kampaniyada iştirak etmək üçün 4 kartdan ibarət olan şəkli toplamaq, hədiyyəni qazanmaq üçün isə kartın arxasında yerləşən əlavə şifrə panelində boyanın altında müvafiq hədiyyənin adını tapmaq lazımdır.

Lotereyada iştirak edən Bakcell abunəçiləri noutbuklar, mobil telefonlar, iPad, iPod, USB modemləri və çoxsaylı ödəmə və internet kartlarına sahib ola biləcəklər. Lotereyanın əsas prizi isə Mercedes-Benz C 250 markalı avtomobildir.

İstifadə etdiyiniz ödəmə kartlarını yüklədikdən sonra tullamayın! "Alıb yoxla, tapıb topla" lotereyasında iştirak edin və Bakcell-dən qiymətli hədiyyələr qazanın!

"Alıb yoxla, tapıb topla" lotereyası və Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.




Baxış sayı: 1050

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024