12px13px15px17px
Tarix:23/12/20

Köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadılıb

“Android” mobil əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən smartfon və planşetlərin təhlükəsiz veb-saytlara giriş müddəti uzadılacaq. Bu barədə “Let's Encrypt” ən böyük sertifikatlaşdırma mərkəzlərindən biri məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, şirkətdən bildirilib ki, sentyabradək “Android 7.1”dən sonrakı versiyaların idarəetməsi altında işləyən qurğuların bir çox müasir saytlara daxil olmasını əngəlləyəcək problem aradan qaldırılıb.
 
Şirkətin saytında məlumat verilir ki, cihaz istifadəçiləri yenilənmiş sertifikata keçid vaxtı heç bir dəyişiklik hiss etməyəcəklər. Ancaq bu həll 2024-cü ilədək işləyəcək və mütəxəssislər o vaxtadək köhnəlmiş smartfonları dəyişdirməyi tövsiyə edirlər.
 
Emil Hüseynov



Baxış sayı: 15163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2021

20 09 2021