12px13px15px17px
Tarix:17/12/11

“Google” şirkəti tezliklə “Microsoft” korporasiyasından bahalı olacaq

Hazırkı bazar tendensiyaları saxlanılsa, “Google” şirkəti yaxın vaxtlarda bazar kapitallaşdırmasının həcminə görə “Microsoft” korporasiyasını ötəcək. Ən böyük proqram təminatı istehsalçısının səhmlərinin dəyəri 215 milyard dollar dəyərində qiymətləndirilir, internet-nəhəng isə cəmi 15 milyard geri qalır.

Son 5 ildə bu göstərici üzrə “Google” şirkətinin “Microsoft” korporasiyasından  geri qalması əhəmiyyətli dərəcədə azalıb. 2006-cı ilin sonunda “Microsoft” 300 milyard dollar dəyərində, “Google” isə təxminən 130 milyard dollar dəyərində qiymətləndirilirdi.

Hal-hazırda “Exxon Mobil” şirkəti ən bahalı şirkətdir; onun səhmləri 383,6 milyard dollar dəyərində qiymətləndirilir. Sonrakı yeri 352 milyard dollar ilə “Apple” korporasiyası tutur.




Baxış sayı: 1170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024