12px13px15px17px
Tarix:17/12/11

“Nokia Lumia” smartfonları avropalılara elə də maraqlı deyil

“Exane BNP Paribas” analitikləri “Nokia” şirkətinin “WP”-smartfonları satılan   ölkələrdə 1300 avropalı arasında sorğu keçiriblər. Respondentlər arasında yaxın aylar ərzində "ağıllı telefon" almağa hazırlaşan 456 insan da olub.

Sorğu nəticəsində aydın olub ki, yalnız 10 nəfər (2,2%) “Nokia Lumia 800” və ya “Lumia 710” smartfonunu almaq istəyirlər,- “WMPoweruser” yazıb.

Bununla əlaqədar olaraq ekspertlər “Nokia Lumia” satışları haqqında öz proqnozlarını yeniləyiblər. Bundan əvvəl onlar finlərin rüb ərzində  “Windows Phone” əsasında olan 2 milyon smartfon satacaqlarını hesablayırdılar, lakin artıq bu göstəricini 800 minə qədər azaldıblar.




Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 May 2024

01 05 2024