12px13px15px17px
Tarix:28/12/20

“Huawei” smartfon ekranlarında cızıqların silinməsi texnologiyası üçün patent alıb

Çinin Milli Əqli Mülkiyyət İdarəsi “Huawei” şirkətinə smartfon ekranları üzərində cızıqların təmizlənməsi texnologiyası üçün patent hüququ verib. Söhbət 2020-ci il dekabrın 22-də təsdiqlənən “Şüşələrdə cızıqların ləğv edilməsi üçün metod və avadanlıq” adlı patentdən gedir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, müvafiq sənəddə smartfonun ön və ya arxa tərəfində yerləşən şüşənin cızılmasının təmiri üsulu təsvir edilib. Şüşədə cızıqların aşkarlanması üçün xüsusi qurğudan istifadə olunur. Ön səthdəki cızıqlar əvvəlcə spirtli məhlul, arxa tərəfdəkilər isə ultrasəsli təmizləyici ilə təmizlənir.
 
Təmizləmə prosesindən sonra akril, epoksi qatran və müxtəlif qatqılardan ibarət xüsusi qarışıq hazırlanır. Şəffaf plyonka vasitəsilə xüsusi qarışıq zədələnmiş səthin üzərinə sürtülür. Onun bərkiməsi üçün dalğa uzunluğu 320-420 nanometr təşkil edən ultrabənövşəyi şüalanmadan istifadə olunur. Bərkimiş təmir məhlulu cızıqların yerini doldurduqdan sonra şəffaf plyonkanı şüşə üzərindən çıxarmaq lazımdır.
 
Qeyd edək ki, şüşə üzərindən cızıqların silinməsi texnologiyası üçün patentin rəsmiləşdirilməsi onun “Huawei” tərəfindən praktikada istifadə ediləcəyi kimi başa düşülməməlidir. Bu səbəbdən hazırda cızıqların ləğv edilməsi üçün bu metodun nə dərəcədə effektli olacağını söyləmək mümkün deyil.
 
Nizam Nuriyev




Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024