12px13px15px17px
Tarix:19/12/11

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 600 min nəfəri ötüb

Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 600 min nəfəri ötüb. Bu barədə "Facebakers"in dekabrın 17-nə olan vəziyyət üzrə hesabatında deyilir.

Son 3 ay ərzində sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb.
"Facebook" seqmenti son 3 ay ərzində daxil olma reytinqində 91-ci yerdədir ki, bu da oktyabrın əvvəli ilə müqayisədə iki bənd aşağıdır.

Son 3 ayın nəticələrinə əsasən, sosial şəbəkənin istifadəçilərinin sayı 1,17 faiz artıb ki, bu da Azərbaycan əhalisinin 7,27 faizini təşkil edir.

Bu sosial şəbəkənin istifadəçilərinin faizi Azərbaycanda internet istifadəçilərinin ümumi sayı arasında da 2,63 faiz artaraq 16,37 faiz təşkil edib.

Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir.Say baxımından ilk yeri 18-24 yaşlı (47 faiz), ikinci yeri 25-34 yaşlı (23 faiz), üçüncü yeri isə 16-17 yaşlı (12 faiz) istifadəçilər təşkil edir.

13-15 yaşlı istifadəçilərin sayı isə 8 faiz təşkil edir. 6 faiz 35-44 yaşlı, 2 faiz 45-54 yaşlı istifadəçilərin payına düşür. 55-64 və 65 yaşlı istifadəçilərin hər birinin payına 1 faiz düşür
.
"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan MDB-nin Qazaxıstan (362 260 istifadəçi), Belarus (354 520), Moldova (221 220), Ermənistan (242 300), Özbəkistan (106 080), Qırğızıstan (64 620), Tacikistan (26 820) və Türkmənistan (12 020) kimi ölkələrini qabaqlayır."Facebakers"in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Hindistan, Braziliya və Meksika daxildir.

"Facebook" istifadəçilərinin ümumi sayı 799 milyon nəfərdən çoxdur."Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-də işə başlayıb. Hazırda onun xidmətləri 60 dildə, o cümlədən də Azərbaycan dilində göstərilir.




Baxış sayı: 1467

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024