12px13px15px17px
Tarix:30/12/20

İspaniyada havadakı koronavirusu izləmək üçün biosensor hazırlanıb

Valensiya Politexnik Universitetinin alimləri havadakı koronavirusun mövcudluğunu izləyən xüsusi sensor hazırlayıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "unian.net" saytına istinadən yazır ki, hələ ki prototip mərhələsində olan qurğu erkən mərhələdə otaq daxilindəki havanın keyfiyyətini qiymətləndirməklə koronavirusu aşkar etməyə imkan verəcək.

 

Detektor xüsusi siqnalla havadakı virusun kritik konsentrasiyası haqqında xəbərdarlıq edəcək.

 

İndi yeni hazırlama xəstəxanalar səviyyəsində qiymətləndirmə mərhələsindədir. Alimlərin sözlərinə görə, uğurlu sınaq halında texnologiyanın qiyməti ucuz, istifadəsi asan olacaq.

 

Emil Hüseynov





Baxış sayı: 1214

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024