12px13px15px17px
Tarix:05/01/21

“Google Docs” proqramında təhlükəli boşluq aşkarlanıb

“Sreeram KL” təxəllüslü təhlükəsizlik üzrə tədqiqatçı “Google Docs” proqramı sənədlərində təhlükəli boşluq aşkarlayıb. Bu barədə tədqiqatçının “Geeky Cat” adlı bloqunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ekspertin sözlərinə görə, boşluq istifadəçilərə ekran görüntülərini avtomatik olaraq rəylərə və səhvlər haqqında hesabatlara əlavə etməyə imkan verən əks-əlaqə alətində mövcud olub. Haker tərəfindən ekran görüntülərinin “Google” serverlərinə göndərilməsi zamanı aşkarlanan boşluq məxfi sənədlərdəki şəkilləri asanlıqla ələ keçirə bilib.

 

“Sreeram KL” səhv barədə “Google” şirkətini məlumatlandırdıqdan sonra boşluq operativ şəkildə aradan qaldırılıb. Bundan başqa, şirkət tərəfindən təhlükəsizlik üzrə tədqiqatçıya mükafat qismində 3,1 milyon dollar ödənilib.

 

Nizam Nuriyev





Baxış sayı: 431

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024