12px13px15px17px
Tarix:19/12/11

Sony şirkəti kağız ilə işləyən batareya yaradıb

Sony şirkəti öz yeni istehsalı  haqqında xəbər verib. Belə ki xırdalanmış kağız elektrik enerjisi yaradır. Yenilik ətraf mühit üçün tamamilə təhlükəsizdir, lakin hələlik onun gücü çox zəifdir. Belə ki batareyanın yaratdığı enerji yalnız kiçik ventilyatorun işə salınmasına çatır.

Elektrik sellülozun fermentlərlə kimyəvi reaksiyası nəticəsində yaranır. Kağız və ya büzmələnmiş karton parçaları sellülozun mənbəsi kimi istifadə olunur və onlar fermentlərlə qarşılıqlı əlaqə nəticəsində şəkərə çevrilirlər.

Şəkər başqa fermentlərlə emal edilir, elektron və hidrogen ionları yaranır. Elektronlar elektrik enerjisinin hazırlanması üçün, hidrogenin ionu isə  oksigenlə əlaqəyə girir və əlavə məhsul – suyu yaradırlar.




Baxış sayı: 1377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024