12px13px15px17px
Tarix:19/01/21

On birinci nəsil “Intel Core” prosessorlu “Huawei” noutbukları təqdim edilib

“Huawei” şirkəti noutbuklar çeşidini yeniləyərək aktual “MateBook X Pro”, “MateBook 13” və “MateBook 14” modellərini təqdim edib. Hər üç model sensor ekran və 11-ci nəsil “Intel Core” prosessorları ilə təchiz olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Huawei MateBook X Pro” (2021) 3000х2000 piksel təsvir ölçülü və qapaq sahəsinin 100 faizini tutmaqla “sRGB” rəng qammasını 100 faiz əhatə edən 13,9 düymlük ekranla təchiz olunub. Yeni qurğunun metaldan ibarət korpusunun qalınlığı 14,6 mm, çəkisi 1,33 kq təşkil edir. Noutbukun müxtəlif konfiqurasiyalarda məhsuldarlığına görə “Intel Core i5” və ya “Core i7” prosessorları cavabdehdir. Operativ yaddaş tutumu 16 giqabayt, quraşdırılmış yaddaş 1 terabayta bərabərdir.

 

İstehsalçı nümayəndələrinin sözlərinə görə, 65 vatt gücündə komplekt enerji bloku 30 dəqiqə ərzində enerji toplayaraq qurğunun 4 saatlıq işini təmin edir. Yeni qurğunun digər xüsusiyyətləri arasında “Wi-Fi 6” dəstəyi, qabaqcıl akustika və basma gücünü tanıma funksiyalı sensor panel sadalanır.

 

Noutbukun “Intel Core i5-1135G7”, 16 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyası satışa 1388 dollara çıxarılıb. 16 giqabaytlıq operativ və 512 giqabaytlıq və ya 1 terabaytlıq quraşdırılmış yaddaşlı “Core i7-1165G7” prosessoru əsasında modifikasiya müvafiq olaraq 1543 və 1851 dollar dəyərində qiymətləndirilib.

 

“Huawei MateBook 13” və “MateBook 14” modelləri bütün konfiqurasiyalarda göz qoruma funksiyalı “2K” sensor ekran, “Wi-Fi 6” simsiz rabitə modulları, 512 giqabaytlıq quraşdırılmış və 16 giqabaytlıq “DDR4-3200” operativ yaddaş tutumu ilə təchiz edilib.

 

Quraşdırılmış qrafikalı “Core i5-1135G7” və “Core i7-1165G7” prosessorları əsasında işləyən “MateBook 13” modelinin qiyməti müvafiq olaraq 848 və 1003 dollar, “i7-1165G7” və “NVIDIA GeForce MX450” videokartlı modelin isə 1080 dollar təşkil edəcək.

 

“Core i5-1135G7” prosessoruna malik “MateBook 14” modeli inteqrasiya edilmiş və diskret “NVIDIA GeForce MX450” qrafikası ilə müvafiq olaraq 910 və 987 dollara tədarük ediləcək. “i7-1165G7” prosessorlu və “NVIDIA GeForce MX450” videokartlı versiyanın qiyməti isə 1145 dollara bərabər olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 155

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Mart 2021

04/03/21
Smartfonun enerjisini saxlamaq üçün üsul açıqlanıb

ABŞ-ın mobil rabitə operatoru abunəçilərə enerjini qorumaq üçün smartfonda “5G” şəbəkəsini söndürm

04/03/21
Smartfon çatışmazlığı proqnozlaşdırılır

Çinin “ITHome” nəşrində smartfon defisiti üçün zəmin yarandığı bildirilən material dərc olunub.

04/03/21
“MediaTek” şirkəti “ağıllı” televizorlar üçün prosessor təqdim edib

“MediaTek” şirkəti “4K” formatlı (3840 × 2160 piksel) “ağıllı” televizorlarda istifadə

03 03 2021

03/03/21
“WhatsApp” messencerinə ünsiyyəti daha təhlükəsiz edən yeni funksiya əlavə ediləcək

“WhatsApp” messencerinə özü avtomatik silinən şəkillərin göndərilməsi funksiyası əlavə ediləcək. Bu barəd

03/03/21
Çin ucuz elektrik enerjisinə malik regionda mayninqi qadağan edəcək

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlb

03/03/21
“Microsoft” korporasiyası qarışıq reallıq platformasını təqdim edib

“Microsoft” korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təq

03/03/21
Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar

1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir e

03/03/21
Bill Qeyts “iOS” və “Android” sistemlərini müqayisə edib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb. Bu barədə

03/03/21
“Əşyalar interneti”nə mobil qoşulmaların sayı 3,5 milyarda çatacaq

2030-cu ildə mobil şəbəkələrə qoşulan “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularınn sayı 3,5

03/03/21
Dünya yarımkeçiricilər bazarında artım qeydə alınıb

Dünya çip bazarında 2021-ci ildən artım başlayıb. Belə ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Se

03/03/21
Qatlanan “iPhone” haqqında yeni təfərrüatlar məlum olub

İlk qatlanan “Apple” smartfonu 2023-cü ilə buraxılacaq. Bu barədə “9to5mac” nəşrinin məşhur