12px13px15px17px
Tarix:19/01/21

“Samsung Galaxy S20” smartfon seriyası satışdan çıxarılır

"Samsung Electronics" şirkəti ötən həftə qabaqcıl "Galaxy S21" seriyasını təqdim etdikdən və ilkin sifarişlərin qəbuluna başladıqdan sonra ötənilki "Galaxy S20" seriyasını satışdan çıxarmağa başlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT " resursuna istinadən yazır ki, məlumata görə, "Samsung" şirkəti "Galaxy S20" seriyasını əksər regionlarda satışdan çıxarmaq qərarına gəlib. Bir sıra regional rəsmi "Samsung" saytlarında smartfonların mövcudluğu göstərilmir və yeni tədarüklərin gözlənilmədiyi bildirilir.

 

Məsələn, "Galaxy S20" şirkətin ABŞ və Böyük Britaniya üçün saytlarında mövcud deyil. Bundan əlavə, Britaniyanın populyar "Best Buy" və "Mobiles.co.uk" pərakəndə satış mağazaları bütün "Galaxy S20" seriyasının satışdan çıxarıldığını bildirib.

 

Hazırda "Samsung" şirkəti "Galaxy S21", "Galaxy S21 " və "Galaxy S21 Ultra" smartfonları üçün ilkin sifarişlərin qəbulunu aparır. Açıq satışlara yanvarın 29-da birinci regionlarda, o cümlədən ABŞ-da başlamaq nəzərdə tutulur.

 

Nizam Nuriyev





Baxış sayı: 500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024